Accessibility links

Human Rights Watch: Bəxtiyar Hacıyev barəsində hökm siyasi motivlidir


Watch.
Watch.

Beynəlxalq təşkilat hakimiyyət Bəxtiyar Hacıyevə qarşı qaldırılmış işini dərhal ləğv edilməsini və onun azadlığa buraxmasını tələb edir

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin gənc fəal Bəxtiyar Hacıyevin barəsində çıxardığı hökm siyasi motivlidir. Bunu Human Rights Watch hüquq müdafiə təşkilatı bildirib. Təşkilatın bəyanatında deyilir ki, Avropa Parlamentinin rəhbəri Yeju Buzek mayın 20-də Azərbaycana səfəri zamanı hakimiyyəti fəalları azad etməyə çağırmalıdır. “Hacıyevin həbsi və onun məhkum olunması fərqli düşüncələrin boğulmasına nümunədir”, - təşkilat rəhbərinin Avropa və Mərkəzi Asiya üzrə müavini Reyçel Denber bildirib. “Hakimiyyət ona qarşı qaldırılmış işi dərhal ləğv etməli və onu azadlığa buraxmalıdır”, - o vurğulayıb. Haclyev 2010-cu ilin noyabrında Gəncə şəhərindən parlamentə namizədliyini irəli sürüb. Sosial mediaların fəal istifadəçisi kimi Yaxın Şərq hadisələrini təkrarlamaq yolu ilə dinc etirazlara çağırıb. O, öz məlumatlarından birində polisi küçələrə çıxaraq etirazını bildirəcək adamları döyməməyə çağırıb. Hacıyev bu müraciətin dərcindən iki saat sonra həbs olunub. Martın 11-də etiraz hakimiyyət tərəfindən amansızlıqla yatırılıb. Hacıyevin vəkili Elçin Namazov Human Rights Watch-a bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanandan dərhal sonra polisdə amansız rəftara məruz qalıb. Hacıyev orduda xidmətdən yayınmağa cəhd göstərməyib, alternativ xidmət keçməyi təklif edib. Belə ki, Azərbaycan Konstitusiyası ilə buna yol verilir. Lakin hakimiyyət onu hərbi çağırışdan yayınmağa görə həbs edib. Mayın 12-də Avropa Parlamenti qəbul etdiyi qətnamədə “Azərbaycanda vətəndaş cəmiyyətinə, sosial şəbəkələrin fəallarına və jurnalistlərə qarşı hücum və zorakılıq faktlarının artmasından dərin narahatlığını” bildirib. Avropa Parlamenti “müstəqil jurnalistlərin və siyasi fəalların müxtəlif ittihamlarla qorxudulmasını, təqib olunmasını və həbsini qəti şəkildə pisləyib, hakimiyyəti Hacıyev də daxil olmaqla, müxalifət üzvlərini, gənc fəalları azad etməyə çağırıb. “Yeju Buzek Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətini tənqidin boğulmasına son qoymağa çağırmalıdır”, - Denber vurğulayıb. “Avropa İttifaqı bildirməlidir ki, Azərbaycanla siyasi və iqtisadi əlaqələrini o zaman dərinləşdirəcək ki, hakimiyyət insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı konkret addımlar atsın”, - o qeyd edib.

XS
SM
MD
LG