Accessibility links

Human Rights Watch Türkiyə və İranın İraqın şimalına hücumuna dair bəyanat açıqlayıb


Human Rights Watch Türkiyə və İranın İraqın şimalına hücumuna dair bəyanat açıqlayıb
Human Rights Watch Türkiyə və İranın İraqın şimalına hücumuna dair bəyanat açıqlayıb

İnsan haqları qrupları bildirir ki, Türkiyə və İran İraqın Kürdüstan muxtar regionunda kürd üsyançılara qarşı hücumlar həyata keçirərkən mülki şəxsləri qorumaq üçün yetərli addım atmayıb.

Human Rights Watch bildirir ki, Türkiyə və İran mülki vətəndaşların minimum təsirə məruz qalmasını təmin etmək üçün lazım olanı etməyiblər. Təşkilatın hesabatında İran və Türkiyənin hücumlarının silahlı qruplaşmaları hədəf almaq məqsədi daşıdığını bildirdiyi deyilir.

İnsan haqları qurumunun açıqlamasına görə, təşkilatın nümayəndəsi avqust ayənda əraziyə səfər edən zaman İraq sakinləri və rəsmiləri deyib ki, hədəf alınan ərazilərin çoxunda dinc sakinlər yaşayır və ora ərazilər silahlı qruplar tərəfindən istifadə olunmur.

Qeyd edək ki, Avropa İttifaqı, ABŞ və başqa böyük dövlətlər Kürdüstan Fəhlə Partiyası – PKK-nı terrorçu təşkilat kimi tanıyır.

XS
SM
MD
LG