Accessibility links

Birləşmiş Ştatlar Cocuq Mərcanlıda icmalara yardim edir


Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlı kəndi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanın Cəbrayıl rayonun Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi və USAİD-nin mətbuat üçün açıqlamasında deyilir ki, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın Missiya Rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

2017-ci ilin fevralında xanım Meredis Cocuq Mərcanlıya hökumət tərəfindən təşkil olunmuş diplomatların səfərinə qatılıb, orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimayyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib.

USAİD-ın tövsiyəsilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi icrasını əlaqələndirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadı bərpaya olan ehtiyacları müəyyənləşdirib.

2017-ci ilin iyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımnan yardım imkanlarını giymətləndirib. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayyəndəlkəri keçirilən ilə bir neçə görüşlərdən sonra kənd sakinləri təşkilatdanyem email məntəqəsinin inşasında yardım etməsini xahiş edib.

Hal hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən həm layihənin, həm də oxşar layihələrin gələcəkdə keçirilməsi üçün səfərbər olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG