Accessibility links

Azərbaycan sahibkarları ABŞ-da səfərdə olub


ABŞ səfirliyi
ABŞ səfirliyi

30 oktyabr – 17 noyabr tarixlərində ABŞ-ın Bakıdakı Səfirliyi Azərbaycandan olan 4 gənc sahibkarı Dövlət Departamentinin uzun müddətdir həyata keçirdiyi Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (İVLP) çərçivəsində ABŞ səfərini təşkil edib. Dövlət Departamenti tərəfindən tam maliyələşdirilən proqramın əsas məqsədi “Sahibkarlığın inkişafı və ona dəstək” olub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.

İştirakçılar Vaşinqton şəhərinə, Mayami, Florida, Bozman və Bat, Montana, Ostin, Texas və Kanzas, Missuridə olublar.

Onlar səfər müddətində aşağıdakılarla tanış olub:

- ABŞ-da özəl müəssisənin inkişafına təkan verən ictimai, iqtisadi və siyasi amillər;

- Kiçik və orta biznesin və sahibkarlığın inkişaf etdirilməsi və irəliləməsi üçün federal, ştat və yerli hökumət siyasətləri;

- Kiçik və orta sahibkarlığın və sahibkarların inkişafına dəstək və gücləndirilməsində QHT-lərin və yerli təşkilatların rolu;

- Sahibkarlıq və kiçik biznesdə qadınlara dəstək verən dövlət siyasəti, ictimai və özəl sector proqramları;

- Sahibkarlığa, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək məqsədilə dövlət, QHT, bank və komersiya təşkilatları arasında effektiv ünsiyyət və ictimai-özəl əməkdaşlıqlar;

- Yeni biznes yaratmaq, yeni texnologiyaları izləmək və yeni təşəbbüslərə dəstək verməyin ən yaxşı modellərini araşdırmaq üçün yeni ABŞ texnologiyalarının yaradıldığı özəl sektor və dövlət tərəfindən maliyələşən araşdırma labaratoriyaları da daxil olmaqla ABŞ-da en son və en yeni trendlər.

İVLP ABŞ Dövlət Departamentinin Amerika dövlət nümayəndələri, QHT-lər, özəl bizneslər və ABŞ-dan olan könüllülərlə birgə həyata keçirdiyi mədəni və professional mübadilə proqramıdır. Profesional bilgilənmədən başqa bu mübadilə proqramlarının əsas məqsədi dəvət olunmuş ziyarətçilərlə ABŞ xalqı arasında qarşılıqlı anlaşmanı genişləndirməkdir.

XS
SM
MD
LG