Accessibility links

ABŞ və Azərbaycan İmişlidə yem və toxum təmizləmə məntəqələri açıb


Yem emalı məntəqəsi
Yem emalı məntəqəsi

Martın 7-də ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun (Bakıdan 258 kilometr cənub-qərb) Nurulu və Şahverdili kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqələrinin açılışını qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailəsinə xidmət edəcək.

Həmin məntəqələri tikmək ideyası icmaların özlərindən gəlib: onlar yerli liderlərdən ibarət şura yaradaraq layihələri işləyib hazırlayıb. Layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi, onlardan 62-si məhz Aran zonasında həyata keçirib. Bu layihələrdən 189 000-ə yaxın insan faydalana bilir.

XS
SM
MD
LG