Accessibility links

Bakıda Beynəlxalq Humantar Forum açılıb


İlham Əliyev
İlham Əliyev

Bakıda VI Beynəlxalq Humanitar Forum başlayıb.

Forumda Azərbaycan prezidenti İlham Əliyev, hökumət üzvləri, Milli Məclisin deputatları iştirak edir.

Tədbir “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub.

Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir.

AZƏRTAC dövlət agentliyi bildirir ki, rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaq.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

XS
SM
MD
LG