Accessibility links

Human Rights House Network: Azərbaycan seçkilərinin legitimliyi şübhə altındadır


Beynəlxalq insan haqları təşkilatları şəbəkəsi Human Rights House Network Azərbaycanda seçkilərlə bağlı bəyanatla çıxış edib.

Şəbəkə bildirir ki, Azərbaycan rəsmiləri ölkədə müxalifəti effektiv şəkildə susdura bildiyi kimi, AŞPA-nın beynəlxalq müşahidə missiyasını susdura və ona nəzarət edə bilməyib.

Sənəddə deyilir ki, noyabrın 1 parlament seçkilərində İlham Əliyevin Yeni Azərbaycan partiyası parlamentdə yerlərin əksəriyyərini qazanıb, digər yerlər isə tərəfdar partiyalar arasında bölünüb və bu, müxalifətin seçkiləri boykot etdiyi və Demokratik Qüvvələrin Milli Şurasının səsvermənin total şəkildə saxtalaşdırdığını bildirdiyi şəraitdə baş verib.

Təəccüblü heç bir şey yoxdur və yaxşı sənədləşdirilmiş repressiyalar, insan hüquqları pozuntuları, namizədlərin qeydiyyatdan keçirilməsində məhdudiyyətlər və bu nəticələrə gətirib çıxarmış kütləvi saxtalaşdırmanın araşdırılması üçün yeni heç bir şey ola bilməzdi.

Şəbəkənin nümayəndəsi Florian İrminger seçkiləri belə şərh edib: "Biz nəticələri əvvəllər olduğu kimi səsvermə məntəqələri bağlanandan 24 saat əvvəl eşitməyimizə ümid edirdik, amma Azərbaycanın Mərkəzi Seçki Komissiyasının nəticələri təsdiq etməsinə qədər seçki günü bütün proses boyu oturmalı olduq. Təəccüblü heç bir şey yoxdur və yaxşı sənədləşdirilmiş repressiyalar, insan hüquqları pozuntuları, namizədlərin qeydiyyatdan keçirilməsində məhdudiyyətlər və bu nəticələrə gətirib çıxarmış kütləvi saxtalaşdırmanın araşdırılması üçün yeni heç bir şey ola bilməzdi."

Florian İrminger daha sonra AŞPA missiyası daxilində seçkilərlə bağlı fərqli qiymətləndirilməyə toxunaraq deyib: "Maraqlısı budur ki, AŞPA missiyası daxilində üç parlament üzvü sayəsində bölünmə var və bu, tamamilə etibarsız deyil və bütünlükdə qeyri-legitim seçkilərə legitimlik verilməsinə xidmət etmir. Bu isə AŞPA parlamenti üzvlərinin Azərbaycanın 2016-cı ildə AŞPA-ya nümayəndə heyətinin onların azad və ədalətli şəkildə seçilmədiyi əsas götürülərək, etimadnaməsinin qəbul edilməsini sınağa çəkə bilməsinə imkan yaradır."

AŞPA monitorinq missiyasının üç üzvü-Almaniyadan Ute Finkh Kramer və Frank Şvabe, İrlandiyadan Maykl Maknamara ayrıca bəyanatla çıxış edərək, seçkiləri nəyə görə "azad, ədalətli və demokratik seçkilər istiqamətində irəliyə doğru addım kimi qiymətləndirə bilmədiklərini" izah ediblər. Onlar ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma azadlığı ilə yaranmış vəziyyətin azad və ədalətli seçkilər keçirilməsinə imkan yaratmadığını bildiriblər.

Human Rights House şəbəkəsi bildirir ki, onların bəyanatı AŞPA-nın monitorinq missiyasının rəsmi bəyanatından kəskin fərqlənir. Eyni zamanda, insan haqları qrupunun bildirdiyinə görə, sənədin yekdilliklə deyil, 16 lehinə, 7 əleyhinə səslə qəbul edilməsi AŞPA-nın monitorinq missiyasında indiyə qədər görünməmiş bölünməyə işarə edir. "Bu isə onu göstərir ki, bəyanat ölkədə müşahidə edilənləri deyil, missiyada əksəriyyətin Azərbaycan haqda demək istədiklərini əks etdirir."

AŞPA heyətinin bəyanatı ölkədə müşahidə edilənləri deyil, missiyada əksəriyyətin Azərbaycan haqda demək istədiklərini əks etdirir.

Şəbəkənin bəyanatında deyilir ki, Azərbaycan rəsmiləri seçkilərdə qələbə çalacaqlarına şübhə etmirdi, onlar qarşısında əsas sınaq bu qələbənin legitim qəbul edilməsi idi. Human Rights House Network ayrıca bəyanatla çıxış edib seçkilərin legitimliyi ilə bağlı sual qaldıran AŞPA monitorinq missiyasının üzvlərindən müstəqil olub demokratik prinsiplərə sadiq qaldıqları üçün razılığını bildirib.

Şəbəkənin bəyanatında deyilir ki, AŞPA 2016-cı ildə Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsini nəzərdən keçirəcək və ayrıca verilmiş bəyanat nümayəndə heyətinin lazımi stadartlara cavam vermədiyinə dair daha bir dəlildir. "Buraya Azərbaycanın bu seçkilərlə İnsan Haqlarına dair Avropa Konvensiyası qarşısında təəhhüdlərə əməl etməməsi və İnsan Haqlarına dair Avropa Məhkəməsində keçən dəfə parlament seçkilərində seçki pozuntuları ilə bağlı azı 40 işdə vəkil olmuş İntiqam Əliyevin saxta ittihamlarla Azərbaycanda həbs edilməsi əlavə olunmalıdır"-deəy bəyanatda bildirilir.

Human Rights House şəbəkəsi AŞPA daxilində prinsipial səslərin Azərbaycanda vətəndaş cəmiyyətinə basqılara güclü müqavimət göstəriləcəyinə və bunun nəticəsində Avropa Şurasının siyasi məhbusların azad edilməsi və repressiya atmosferinin aradan qaldırılması üçün Azərbaycana təzyiq göstərə biləcəyinə ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG