Accessibility links

Macarıstanda qəzetin fəaliyyətinin dayandırılması etirazlara səbəb olub


Macarıstanın ən çox satılan müxalifət qəzetinin gözlənilmədən bağlanması bazar günü minlərlə etirazçının paytaxt Budapeşt kücələrinə çıxmasına səbəb olub.

Etirazçılar ölkədə və xaricdə mətbuat azadlığını boğan və onun mübahisəli anti-mühacir mövqeyindən yazdığı üçün özəl media bölmələrini kənarlaşdıran baş nazir Viktor Orbanı hədəf alıb.

Müxalifətin "Nepzapadsaq" qəzetinin fəaliyyəti oktyabrın 8-də nə qəzet işçilərinə, nə də ictimaiyyətə xəbərdarlıq edilmədən dayandırılıb. Müdriyyət bağlanmaya görə son on il ərzində qəzetin dövriyyəsindəki problemləri və maliyyə itkilərini günahkar bilir.

Lakin tənqidçilər qəzetin fəaliyyətinin dayandırılmasına səbəbin qəzetin bu ayın əvvəlində baş nazir Orban və onun yaxın müttəfiqləri, o cümlədən onun hakim "Fidesz Partiyası"nda korrupsiya ilə bağlı dərc etdiyi məqalə olduğunu deyir.

XS
SM
MD
LG