Accessibility links

Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşıdır


Avropa İttifaqı (Aİ) bu həftə cümə axşamı başlayacaq iki günlük mühüm sammitdə Ukrayna ilə üzvlük danışıqlarına başlamağa qərar verəcək. Macarıstan bu addımı veto ilə hədələyir.

Ukraynanın Avropa İttifaqı namizədlik statusunu 2022-ci ilin iyununda, Rusiyanın ölkəyə genişmiqyaslı təcavüzündən bir neçə ay sonra təsdiqlənib. Dekabrın 14-15-də Avropa Şurasının Brüsseldə keçiriləcək sammitdə Avropa İttifaqının dövlət başçıları Kyivin üzvlüyü ilə bağlı rəsmi danışıqlara başlayıb-başlamamağa qərar verəcək.

Bazar ertəsi Avropa İttifaqı xarici işlər nazirlərinin iclasından əvvəl danışan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin blokun tələb etdiyi islahatların bir çoxunu artıq başa çatdırdığını bildirib.

"Mən buraya Ukraynanın ev tapşırığını yerinə yetirmək, üzvlük danışıqlarını açmaq və Avropa İttifaqına üzvlüyə doğru irəliləmək öhdəliyi barədə aydın mesajla gəlmişəm. Bunun müqabilində tərəfdaşlıq, qarşılıqlı maraqlar və qarşılıqlılıq ruhunda biz də Avropa İttifaqından Ukraynanın səylərini qiymətləndirəcək və ölkəmizin üzvlüyü ilə bağlı danışıqlara başlanmasını təmin edəcək qərar verməsini gözləyirik" - deyə, Kuleba bildirib.

O deyib ki, bu sammit Avropa İttifaqının vədlərini yerinə yetirmək qabiliyyətinin sınağı olacaq.

Kuleba jurnalistlərə "Avropa İttifaqı Şurası təkcə Ukrayna ilə bağlı deyil, geniş mənada genişlənmə məsələsində bu qərarı qəbul etməsə, baş verəcək dağıdıcı nəticələr haqda danışmaq deyil, təsəvvür belə etmək istəmirəm" bildirib.

Ukraynanın ittifaqa üzvlüyünə qarşı olan Avropa İttifaqının üzvü Macarıstandır. Onun hökuməti Kyivin üzvlük danışıqlarına hazır olmadığını və müharibə vəziyyətində olan ölkənin blokla bu cür müzakirələrə başlamamalı olduğunu deyir.

Macarıstan nazirləri Avropa İttifaqının 2024-cü il büdcəsinin bir hissəsi kimi Kyivə 54 milyard dollarlıq yardım paketi ilə yanaşı, Ukraynanın üzvlük iddiasına veto qoymaqla hədələyib.​

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG