Accessibility links

Məhkəmə vəkilin şikayətini icraata götürməyib


Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Vəkil Fəxrəddin Mehdiyev vəkillik fəaliyyətinin bir il dayandırılması ilə bağlı Vəkillər Kollegiyasinın qərarını mübahisələndirmək üçün 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinə şikayət edib. Lakin məhkəmə şikayəyə baxmaqdan imtina edib.

F.Mehdiyev müdafiə etdiyi şəxs, Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin KİV-ə müsahibəsinə görə cəzalandırılıb.

Vəkillər Kollegiyası hesab edib ki, bununla F.Mehdiyev peşə etikasını pozub.

Ancaq vəkil Mehdiyev deyib ki, onun səlahiyyəti məhz müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdan ibarətdir və bu məsələdə etikanın pozulması iddiası absurddur.

"Amma aprelin 27-də 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinin hakimi Möminat Hacıbəyova şikayəti icraata ğötürmədi, üstəlik götürə bilməməsini əsaslansdıra bilmədi", vəkil Amerikanın Səsinə bildirib.

Hakimin fikrincə vəkilin verdiyi şikayətə ümumi məhkəmələrdə baxılır.

"Ancaq bu, belə deyil. Ali Məhkəmənin plenumunun qərarları var və həmin qərarlara görə, bu tip şikayətlərə məhz İnzibati-İqtisadi məhkəmələrdə baxılmalıdır", vəkil hakimə cavab verib.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il yanvarın 22-də F.Mehdiyevin fəaliyyətinin bir il dayandırılması barədə qərar qəbul edib.

XS
SM
MD
LG