Accessibility links

Qazax sakininn ölümü ilə əlaqədar məsul növbətçi saxlanılıb


Sentyabrın 25-də Qazax rayon (Bakıdan 454 kilometr qərb) polis şöbəsində Elmir Axundovun ölümü faktı üzrə cinayət işi ilə əlaqədar bu idarənin əməkdaşı İlham Süleymanov saxlanılıb.

Baş Prokurorluğun 28 sentyabrda yaydığı məlumatda deyilir ki, Süleymanov hadisə günü rayon polis şöbəsində məsul növbətçi olub. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə şübhəli şəxs qismində saxlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

Elmir Axundov Qazax rayon polis şöbəsində vəfat edib. Bacısının sözlərinə görə, o, işgəncələr nəticəsində dünyasını dəyişib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sentyabrın 27-də bildirib ki, Axundova bədən xəsarətləri daha əvvəl Qazax sakini Kərim Əhmədov tərəfindən yetirilib. Bununla əlaqədar Əhmədov Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub.

XS
SM
MD
LG