Accessibility links

Baş Prokurorluq İlqar Məmmədova cavab verib


İlqar Məmmədov

REAL lideri ona qarşı həbs qərarı çıxaran hakimlərin məsuliyyətə cəlb edilməsini istəyir

Azərbaycanın Baş Prokurorluğu REAl Partiyasının sədri İlqar Məmmədovun baş prokuror Zakir Qaralova müraciətinə Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədovun imzası ilə cavab verib.

REAL liderinin baş prokurora məktubu

REAl Partiyasının sədri sentaybrın 8-də baş prokuror Zakir Qaralova müraciət edib.

REAL lideri məktubunda baş prokurorun diqqətinə çatdırıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü il oktyabrın 13-də qüvvəyə minmiş qərarı ilə 2013-cü il fevralın 4-dən tətbiq edilən və sonralar müddəti uzadılan həbs qətimkan tədbirinin əsl məqsədi onu susdurmaq ya da cəzalandırmaq olub.

Ilqar Məmmədov
Ilqar Məmmədov

“AİHM-nin qənaətincə, mənim azadlığım cinayət törətməkdə əsaslı şəkildə şübhəli bilindiyimə görə deyil, fərqli məqsədlərlə məhdudlaşdırılıb. Cinayət Məcəlləsinin 295-ci maddəsi hakimlərin bilə-bilə hökm, qətnamə, qərardad, qərar çıxarmasını cinayət əməli kimi tanıyır və buna görə cəza nərəzrdə tutur”, o baş prokurorun diqqətinə çatdırır.

Məmmədov hakimlərin onun azadlığını qəsdən məhdudlaşdırdığına görə məsuliyyətə cəlb edilməsini istəyir.

REAL Partiyasının sədri sentyabrın 4-də keçiridiyi mətbuat konfrandında onun işinə 19 hakimin baxdığını və hakimlərin çıxardığı qərarların Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tanınmadığını bildirib.

Məmmədov ona qarşı bilə-bilə qanunsuz qərarlar çıxaran hakimlərin məsuliyyətə cəlb edilməsi üçün sonadək mübarizə aparacağını bəyan edib.

İlqar Məmmədovun həbsi ilə bağlı Avropa Məhkəməsinin qərarı

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən etirazlardan sonra kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)
ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin Plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İlqar Məmmədov 2 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

Baş Prokurorluğun cavabı

Baş prokurorluq
Baş prokurorluq

Baş Prokurorluğun REAL liderinə cavab məktubunda deyilir ki, Şəki Apellyasiya Məhkəməsi2018-ci ilin avqustunda İ.Məmmədovun vəkillərinin apellyasiya şikayətini qismən təmin edib. Hökm qismən dəyişdirilib və İ.Məmmədun cəzasının çəkilməmiş 1 il 5 ay 21 günlük hissəsi 2 il sınaq müddəti müəyyənedilməklə şərti hesab edilib.

“Qanuni qüvvədə olan göstərilən məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmağınıza dair birinci instansiya məhkəməsinin hökmüqanuni və əsaslı hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar sizə izah edilir ki, Cinayət-prosessual Məcəlləsinin 409-ciu maddəsinə əsasən, apellyasiya instansiyasıməhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququnuz vardır”,Baş Prolurorluğun cavabında bildirilir.

İlqar Məmmədovun şərhi

REAl Partiyası lideri prokurorluğuncavabı ilə bağlı facebook səhifəsində yazıb ki,ona qarşıcinayət törədilib, bunu Avropa Məhkəməsində sübut edib.

“Baş Prokurordan xahiş etmişdim ki,cinayətkarları müəyyən edib cəzalandırın. Bu gün, sentyabrın 28-də Baş Prokurorluqdan gördüyünüz bu məktubu gətirdilər. Məktubda Baş Prokurorluq öz aləmlərində mənə nə isə "izah edir".Amma cinayətin ört-basdır edilməsi ilə bağlı da Cinyaət Məcəlləsində maddə vardır. Bunların öz dövləti belə bir maddəni ora daxil edib. Onu da qanun çərçivəsində gərək tətbiq etməyə çalışaq”, o facebook səhifəsində Baş Prokurorluğun göndərdiyi məktubun foto-surətini dərc edib.

XS
SM
MD
LG