Accessibility links

"Debbi" qasırğası Florida ştatına çatır


"Debbi" qasırğası bazar ertəsi səhər 1-ci kateqoriya fırtına olaraq, Florida ştatının körfəz sahillərinə çatır. Sinoptiklər fırtınanın həyat üçün təhlükə yaradan yüksək dalğalar, güclü yağışlar və daşqınlara səbəb olacağı barədə xəbərdarlıqlar edib.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanın kiçik Steyinhat qəsəbəsi yaxınlığındakı sahilə saatda 129 kilometr sürətli küləklərlə çıxdığını bildirib.

Floridanı vurduqdan sonra fırtınanın bir müddət bölgədə qalacağı, sonra isə yavaş-yavaş şimala doğru irəliləyərək, yaxın günlərdə böyük miqdarda yağışlqrla Corciya və Cənubi Karolina ştatlarına doğru irəliləyəcəyi gözlənilir.

Floridada yağıntının miqdarının 15-30 santimetr, Corciya və Cənubi Karolinada isə 25-50 santimetr olacağı gözlənilir. Hər üç ştatın qubernatorları yardım səylərini sürətləndirmək üçün artıq fövqəladə vəziyyət elan edib.

Florida qubernatoru Ron Desantis deyib ki, təhlükələr və çətinliklər yaradacaq daşqınların olacağı barədə xəbərdarlıq edib. Bazar günü brifinqində o, "lakin biz buna lazımi şəkildə cavab verəcəyik və bunun üçün biz hər şey hazırlamışıq" deyib.

Forum

XS
SM
MD
LG