Accessibility links

"Otis" qasırğası azı 27 nəfərin ölümünə səbəb olub


Meksika hökumətinin bildirdiyinə görə, bir gün əvvəl ölkəni vuran ən güclü qasırğalardan biri "Otis" cümə axşamı Sakit okeanın sahilindəki Akapulko kurortunda 27 nəfərin ölümünə və 4 nəfərin itkin düməsinə səbəb olub.

Prezident Andres Manuel Lopez Obrador hökumətin Gerrero ştatının cənubundakı Akapulkonu yerlə yeksan edən 5-ci kateqoriyalı qasırğanın vurduğu zərəri aradan qaldırmaq üçün çalışdığını bildirib.

Lopez Obrador hökumətin mətbuat konfransında "Acapulkonun başına gələn həqiqətən fəlakət idi" deyib.

"Otis" fırtınası küçələri suyun altında qoyub, evlərin və mehmanxanaların damlarını uçurub, kommunikasiyaları və yolları kəsib.

Telefon xidməti və elektrik xətlərinin kəsilməsi rəsmilərin dəyən ziyanın miqyasını tez bir zamanda qiymətləndirməsini çətinləşdirib.

Müdafiə Nazirliyi bildirib ki, Meksika ordusu, Hərbi Hava Qüvvələri və Milli Qvardiyasının təxminən 8400 üzvü təmizlənmə işlərinə yardım etmək üçün Akapulko və onun yaxınlığındakı ərazilərə yerləşdirilib.

Ştat boyu dərslər ikinci gündür ləğv edilib. Ştatın qubernatoru Evelin Salqado sosial mediada rəsmilərin Akapulkoda elektrik enerjisini bərpa etmək və içməli su nasoslarını yenidən işə salmaq üçün çalışdıqlarını bildirib.

Forum

XS
SM
MD
LG