ABŞ Nümayəndələr Palatası ABŞ-ın şimal-şərqində baş vermiş ən dəhşətli Sendy qasırğası qurbanlarına 51 milyard dollarlıq yardım planını təsdiqləyib.
Palata dünən axşam 241 lehinə, 180 əleyhinə səs çoxluğu ilə qərarı qəbul edib. Qərara əsasən xərclərin bir qismi Nyu-York və Nyu-Cersi ştatlarında nəqliyyat sistemi, şose yollar və evlərin təmirinə sərf ediləcək.
Qanunun təsdiqlənməsi Nümayəndələr Palatasının sözcüsü Con Beynerin ABŞ-ın Senatı tərəfindən artıq təsdiqlənmiş bənzər qanunu səsverməyə çıxarmamaqla ictimayyətdə narazılıq yaratdıqdan sonraya təsadüf edib. Tənqidçilər Beynerin qanunu səsverməyə çıxarmamasının oktyabr ayının 29-dan gözləyən qasırğa qurbanlarına yardımın yubanmasına səbəb olacağını bildirib.
Yeni qanun təsdiqlənərək prezident Barak Obamaya göndərilmək üçün indi Senata çıxarılmalıdır.
Sendy qasırğası 2005-ci ildə Yeni Orleans və Meksika Körfəzində baş vermiş Katrina qasırğasından sonra böyük məbləğdə ziyana yol açan təbii fəlakət hesab edilir.