Accessibility links

Səudiyyə Ərəbistanı: Neft boruları husilərin dronlarının hücumuna məruz qalıb


Səudiyyə Ərəbistanı bəyan edib ki, neft boruları dronların hücumuna məruz qalıb.

Hücumun məsuliyyətini Yəmənin husi üsyançıları öz üzərinə götürüb.

Üsyançılar bildirib ki, 7 dronla Yəmənlə sərhəddə yerləşn obyektlər hədəf alınıb.

Boru kəmərləri təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb.

Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından bəri demək olar ki, hər gün üsyançılar və onların müttəfiqlərinə qarşı hücumlar həyata keçirir.

Hökumətin nəzarətində olan Saudi Aramco şirkəti bildirib ki, dronlar ciddi dağıntıya səbəb olmasa da, boru kəmərləri təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb.

Saudi Aramco şirkətinə məxsus neft çəni. Şaybah neft mədəni.
Saudi Aramco şirkətinə məxsus neft çəni. Şaybah neft mədəni.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih neft istehsalı və ixracının kəsilməyəcəyini vəd edib.

Husilərin sözçüsü Məhəmməd Əbdel-Salam hücumların Səudiyyə krallığına "təcavüzə son qoy" mesajı mahiyyəti daşıdığını bildirib. O deyib ki, beynəlxalq ictimaiyyət husi kimi qruplara müqavimət göstərməlidir.

Son hücumlar Yaxın Şərqin əsas enerji mənbələrinin təhlükədə olduğundan xəbər verir.

XS
SM
MD
LG