Accessibility links

Husi üsyançıları Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf aldıqlarını iddia edir


Hərbi əməliyyatların gücləndirildiyi Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları qonşu Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf aldıqlarını bildirərək, daha çox hücumla hədələyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalında krallığa qarşı əməliyyatları gücləndirən üsyançıların mövqelərinə zərbə endirərək hökumətin son şimal qalası olan Maribi ələ keçirməyə çalışır.

İllərdir davam edən müharibə artıq Yəməni aclıq həddinə çatdırıb.

Koalisiya cənub Xamis Müsait və Cizan şəhərləri də daxil olmaqla, krallığı hədəf alan Husilərin altı pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib.

Yəməndə müharibə üsyançıların 2014-cü ildə paytaxt Səna və ölkənin şimalının böyük hissəsini ələ keçirməsindən sonra başlayıb.

Bundan bir neçə ay sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ABŞ-ın dəstəyi ilə Husiləri çıxarmaq və beynəlxalq səviyyədə tanınmış hökuməti bərpa etmək üçün münaqişəyə müdaxilə edib.

Münaqişə təxminən 130 000 insanın həyatına son qoyub və dünyada ən ağır humanitar fəlakətə səbəb olub.



Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG