Accessibility links

Hüsni Mübarək və həyat yoldaşı müstəntiqlər tərəfindən dindirilib


Hüsni Mübarək və həyat yoldaşı müstəntiqlər tərəfindən dindirilib
Hüsni Mübarək və həyat yoldaşı müstəntiqlər tərəfindən dindirilib

Misirdə müstəntiqlər sabiq prezident Hüsni Mübarək və onun həyat yoldaşı Suzannanı nəhəng var-dövlət toplamaqla bağlı sorğu-sual ediblər.

Rəsmilər cütlüyün Hüsni Mübarəkin xəstəxanasında yerləşdirildiyi Şarm əl-Şeyxdə dindirildiklərini bildiriblər. Deyilənlərə görə o, ürək ağrısı və başqa xəstəliklərdən əziyyət çəkir.

Prokurorlar Mübarəkin oğulları Camal və Alaaya cinayət işi açıblar. Prokurorlar həmçinin cənab Mübarəki nümayişçilərə atəş açmaq barədə əmr verdiyinə görə dindiriblər.

Bu, ilk dəfədir ki, Mübarək topladığı var-dövlətlə bağlı sorğu-suala çəkilir. Sabiq prezident ailəsinin milyardlarla dollar vəsait mənimsədiyi deyilir.

XS
SM
MD
LG