Accessibility links

Hüsnü Mübarək hərbi xəstəxanadan yenidən həbsxanaya köçürülüb


Misirin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, baş prokuror ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin sağlıq durumunun yaxşlaşması il əlaqədar onun hərbi xəstəxanadan yenidən həbsxayana gətirilməsi barədə göstəriş verib.

Baş prokuror Abdel Məcid Mahmudun qərarına əsasən, 84 yaşlı prezident bazar ertəsi yenidən həbsxanaya köçürülübş

Mübarək ötən il onun 30 illik hakimiyyətinə son qoymaq üçün keçiriln etiraz nümayişləri zamanı insanların qətllərinin qarşısının alınmadığı üçün ömürlük həbs cəzasına məhkum edilib.

Hüsnü Mübarək keçən ay səhhətində ciddi problemlərlə əlaqədar olaraq xəstəxanaya köçürülmüşdü. Mətbuatda onun klinik ölüm keçirdiyinə dair xəbərlər yayılmışdı.
XS
SM
MD
LG