Misir rəsmilərinin bildirdiyinə görə, sabiq prezident Hüsnü Mübarəkin xanımı 3 milyon dollardan artıq mülkiyyətini təhvil verməsi müqabilində zaminə buraxılıb.Keçən həftə Süzan Mübarək sorğu-suala çəkildikdən və 15 gün həbsdə qalacağı bildirildikdən sonra onun sinəsində ağrılar başlamışdı. Polis nəzarətində olan 70 yaşlı sabiq birinci xanım cümə günü xəstəxanaya aparılmışdı. Ona qarşı həyat yoldaşının hakimiyyətindən şəxsi məqsədlərlə istifadə etdiyi və korrupsiya ittihamları irəli sürülüb.
Süzan Mübarək 3 milyon dollardan artıq mülkiyyətini təhvil verməsi müqabilində azad edilib