Accessibility links

Şəhər ərazilərinin təbii fəlakətlərə həssaslığı artır


Bir qrup Hyuston sakini şəhər bələdiyyəsini daşqınların qarşısını almaq üçün ölçülər nəzərə alınmadan kommersial tikinti layihəsi başlatmağa görə məhkəməyə verib.

Onlar təbii fəlakət və onun qarşısını almaq məqsədi ilə qabaqcadan tədbirlərin görülməməsinin faciə ilə nəticələnə biləcəyi barədə konstitusiyada yazılanları sual edir.

Dünya boyu bir çox şəhə ticari təchizat məqsədi ilə dəniz, göl və çay kənarında, sahillərdə inşa edilib. Amma dəniz səviyyəsinin qalxması və qasırğaların intensivləşməsi izdihamlı şəhər ərazilərinin təbii fəlakətlərə həssaslığı gətirib çıxarır.

Hyuston şəhəri dünyada nisbətən seyrək şəhərlərdəndir. Lakin ABŞ Siyahıyaalma komitəsinin rəqəmləri göstərir ki, şəhər və onun ətraf əraziləri Birləşmiş Ştatlarda cəld inkişaf edən ərazidir.

İqtisadi inkişafın artması Meksika Körfəzinə axan çay kənarında daha da çox yollar, binaların tikilməsi ilə nəticələnir.

Texasın A&M Universitetindən professoru Samuel Brodi deyib ki, bu, daşqın riskini artırır.

”Biz 15 il müddətə nəzər salmışıq və Hyuston regionunda suyun üst qatının müqavimətinin 25 faiz artdığını görürük”deyə Samuel Brodi bildirib.

İnkişafın sürəti Hyustonu böyük hədəfə çevirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG