Accessibility links

Britaniya məhkəməsi xanımını öldürtdürən biznesmeni ekstradisiya etmədi


Britaniya Ali Məhkəməsi Cənubi Afrikada bal ayında ikən həyat yoldaşını qətlə yetirmək üçün muzdlu qatil tutan biznesmenin ekstradisiyaya ruhi cəhətdən hazır olmadığına dair qərar çıxarıb. Ruhi sağlamlığı çox həssas olduğu üçün iki qanun Şrien Devaninin Cənubi Afrikaya qaytarılmasının qarşısını müvəqqəti ola raq aldı. Prokurorlar onun həyat yoldaşı Annini 2010-cu ilin noyabr ayında Keyp şəhəri yaxınlığında yoxsullaşmış regionda qətlə yetirməyi planlaşdırdığını deyib.

Devani həyat yoldaşının qətlində iştirak etdiyini inkar edib. Lakin cinayətdə əli olduğunu etiraf edən taksi sürücüsü Zola Tonqo Devaninin avtomobil soyğunçuluğu və həyat yoldaşını qətlə yetirməyə görə ona pul verdiyini deyib. Devani rəsmilərə avtomobil oğurusunun onu və taksi sürücüsünü taksidən düşürdüyünü və avtomobillə bərabər onun həyat yoldaşını da qaçırdığını dedikdən sonra onun həyat yoldaşı taksinin içərisində ölü tapılıb. Taksi sürücüsünə 18 il iş verilib.

XS
SM
MD
LG