Accessibility links

Sənədsiz immiqrantlar Hyustonun təmizlənməsində əhəmiyyətli rol oynayır [Video]


Hyuston şəhəri daşqından xilas olsa da, bəzi məhəllələrdə hələ də dağınıqlara rast gəlmək mümkündür. Təmizliyə ehtiyacın çox olması işçi azlığına səbəb olub. Bu da sənədsiz insanlar üçün iş imkanı yaradıb. Onlar ev təchizatı satılan dükkanların dayanacaqlarında gözləyir və buradan keçən avtomobillərə yaxınlaşaraq özlərinə iş axtarırlar.

Texasın inşaat işçilərinin 28 faizi sənədsiz insanlardır. Onlar deportasiya olunmaq riski altında olmaqla yanaşı iş zamanı da özlərinə təhlükəyə məruz qoyurlar.

İcma təşkilatçısı olan Maurisiyo İqlesias bildirir ki, bir çox sənədsiz inşaat işçiləri özlərinin iş yeri hüquqlarını dərk etmir və bu da onları laqeydləşdirir.

“Onların tənəffüs cihazları, əlcəkləri, dəbilqələri, ümumiyyətlə işlərini görmək, özlərini bakteriyalardan qorumaq üçün heç bir ləvazimatları yoxdur." - deyə, Maurisiyo bildirib.

Hyuston İnşaatçılar Assosasiyasından Rob Helyerin sözlərinə görə, o və təşkilatın digər üzvləri işçi qəbul edərkən öz yüksək standartların əməl edirlər. Lakin o sənədsiz işçilərlə qarşılaşdıqları problemi ölkələr arasındakı iqtisadi və sağlamlıq təcrübələrindəki fərqlərlə izah edir.

“Şəxsi təhlükəsizlik məsələsinə gəldikdə bir çox hallarda standart və təcrübələrin səviyyəsi çox aşağıdır. Düşünürəm ki, onlar məruz qaldıqları riskin fərqində deyillər." - deyə, Rob helyer əlavə edib.

Xüsusilə kanalizasiya, kimyəvi maddələr və daşqın suyu kimi çirkli sularda işləməyin riskləri böyükdür. Çox vaxt öz evlərini bərpa etməyə çalışan aşağı maaşlı işlərdə işləyən insanlar bu təhlükələrdən xəbərdar olmaqlarına baxmayaraq işi qəbul etməyə məcbur olurlar.

Saatlar keçdikcə avtomobil dayanacağında gözləyən işçilər qəza və zədələnmələr haqqında olan hekayələri təfərruatı ilə nəql edir. Lakin, buna baxmayaraq onlar yenə də iş tapmaq ümidilə burada gözləyirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG