Accessibility links

İctimai fəal Bayram Məmmədovun İstanbulda dənizdən cəsədinin tapıldığı bildirilir


Bayram Məmmədov
Bayram Məmmədov

Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazdıqdan sonra 2016-cı ildə həbs edilən siyasi fəal Bayram Məmmədovun Turkiyədə vəfat etməsi barədə bu gün, mayın 5-də xəbərlər yayılıb.

Yayılan xəbərləri Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib.

Hazırda Türkiyədə Bayram Məmmədovun ölümü ilə bağlı polislə əlaqə saxlayan Elgiz Qəhrəman Amerikanın Səsinə araşdırma aparıldığını bildirib.

“Bayramla bağlı iki gün idi xəbər ala bilmirdik. Dünən, mayın 4-də polis mənə bildirdi ki, iki gün əvvəl onun dənizdən cəsədi çıxarılıb. Polisdə ölümün səbəbləri ilə bağlı hələ dəqiq məlumat yoxdur. Hazırda polis ölümün intihar, qəza və ya qəsd olduğu ilə bağlı araşdıma aparır. Mənə cəsədin fotosunu göstərdilər, onunla kimliyini müəyyən etdik. Bu gün morqa gedib, baxacam, sonra daha dəqiq biləcəm. Amma fotoda hər şey aydındır. O Bayramdır, bu barədə şübhəm yoxdur,” Elgiz Qəhrəman Amerikanın Səsinə bildirib.

Elgiz Qəhrəmanov bu gün polisdə olub. Polis Bayram Məmmədovun cəsədinin tibbi ekspertizaya verildiyini deyib.

"Polis həmçinin dedi ki, hadisənin şahidi var. Onu xilas etməyə çalışıblar ancaq nail ola bilməıyiblər," Qəhrəman qeyd edib.

"Keçmiş siyasi məhbus, dostumuz Bayram Məmmədov İstanbulda həyatını itirib. İki gün idi Türkiyədəki dostlar ondan xəbər ala bilmirdilər, dünən axtarışa verilmişdi. Axşam saatlarında polis bildirib ki, bazar günü dənizdə ölü tapılıb...
Türkiyədəki dostlar məsələnin təfərrüatını öyrənməyə çalışırlar, intihardı, yoxsa qəsd. İndidən cavabsız suallar, müəmmalı məsələlər var. Buna ən dəqiq cavabı Türkiyədəki istintaq verəcək. Onun necə aparılması, məsələni sübut edəcək. Artıq məsələ ilə bağlı vəkillər tutulub", bunu isə Facebook səhifəsində mayın 5-də NİDA təşkilatın üzvü Ülvi Həsənli yayıb.

Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “F**k the system” şüarları yazdıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG