Accessibility links

İki güneyli fəal həbs cəzalarını çəkmək üçün həbsxanaya köçürülüb 


Şiri qardaşları - Məhkəmə önündə
Şiri qardaşları - Məhkəmə önündə

İran Azərbaycanının Təbriz şəhərində yaşayan Davud və Əyyub Şiri qardaşları həbs cəzalarını çəkmək üçün həbsxanaya köçürülüblər.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

İyunun 12-də iki güneyli milli fəal Davud və Əyyub Şiri qardaşları Təbriz Məhkəməsində Hökmlərin İcra bölməsinə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzalarını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər.

İranda 2019-cu ilin noyabr ayında İran boyu hökumət əleyhinə nümayişlərlə əlaqədar həbs edilən Davud Şiri Təbriz İnqilab Məhkəməsi tərəfindən "GAMAC adlı qeyri-qanuni təşkilata üzv olmaq" ittihamı ilə 3 il, Əyyub Şiri isə 2 il həbs cəzasına məhkum edilmişdi.

Milli fəallara verilən bu hökm daha sonra Apellyasiya məhkəməsi tərəfindən 6 ay həbs cəzasına endirilib.

Şiri qardaşları 2019-cu ilin noyabr ayının 17-də İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdəki iş yerlərində tutulub və nəzarətə alınmışdılar.

Bu iki qardaş 3 aydan çox Təbrizdə Kəşfiyyat idarəsinin təcridxanasında nəzarətdə saxlanılaraq, sorğu-sual olduqdan sonra fevral ayının 26-da 800 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Şiri qardaşları indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və bu ölkənin məhkəmələrində mühakimə olunublar.

2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artmasının ardınca baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.

Milli fəalların bir çoxu heç bir aksiyada iştirak etmədən öz iş yerlərində və ya evlərində həbs edilib, nəzarət altına alınmışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG