Accessibility links

İlqar Məmmədov: İndi söz Milli Məclisindir, biz imzaları topladıq


İlqar Məmmədov: “İndi söz Milli Məclisindir, biz imzaları topladıq”
please wait

No media source currently available

0:00 0:03:23 0:00

REAL iki qanun layihəsinə dəstək üçün 41 658 imza toplayıb

Respublikaçı Alternativ Partiyası iki qanun layihəsinə dəstək üçün 40 min seçici imzası toplayıb. Bu qanun layihələri yaxın günlərdə Milli Məclisə təqdim ediləcək. Bu barədə fevralın 28-də mətbuat konfransında REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

Qanun layihələrindən birində iki problemin - əhalinin kredit borcları və pulsuz ali təhsil məsələsinin həlli təklif edilir.

İkinci qanun layihəsi seçkili Bakı meri vəzifəsinin tətbiq edilməsi ilə bağlıdır.

REAL Partiyası
REAL Partiyası

Konstitusiyaya əsasən, parlament 40 min seçicinin dəstəklədiyi qanunvericilik təşəbbüslərinə baxmalıdır.

REAL üç ay ərzində 41 658 imza toplayıb.

Məmmədovun sözlərinə görə, imzaların 40%-i Bakıda, 60%-i regionlarda toplanıb. Kampaniyada 750 nəfər - 500 partiya üzvü və 250 könüllü iştirak edib.

REAL problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görür. Buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.

REAL həmçinin tamamilə pulsuz ali təhsil tətbiq edilməsini təklif edir. Çünki hazırki həyat səviyyəsində pullu təhsil əhalinin təhsildən uzaqlaşması deməkdir.

REAL Partiyasının topladığı imzalar
REAL Partiyasının topladığı imzalar

Seçkili Bakı meri institutuna gəlincə, Azərbaycan hələ 2001-ci ildə Avropa Şurası qarşısında belə bir öhdəlik götürüb.

Bu gün Azərbaycan Avropada şəhər meri seçilməyən yeganə paytaxtdır.

"İndi söz Milli Məclisindir, biz imzaları və qanun layihələrini yaxın günlərdə Milli Məclisə təqdim edəcəyik və yaxın iki ay ərzində bizə ya müsbət, ya mənfi cavab verilməlidir", Məmmədov bildirib.

Amerikanın Səsinin suallarının cavabında Məmmədov deyib ki, Bakı meri seçkilərinin keçirilməsi haqqında təklif qəbul edilərsə, REAL mer seçkilərində iştirak edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG