Accessibility links

İlya Lozovski: "Onların pullarının hamısı müsadirə olunmasa da, adları ictimaiyyətə açıqlandı. Əliyevin qohumları isə bunu istəmir."


Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) yenidən Azərbaycanla bağlı mövzuya müraciət edib.

Təşkilatın iyunun 29-da yayılan yeni araşdırmasının qəhrəmanı İspaniyanın kurort adası İbizada “sümüyə işləyən elektron ritmləri” və “qızğın gecə həyatı” ilə özünə “Mikaela Cav” DJ təxəllüsü qazandırıb.

Hesabatda deyilir ki, son bir neçə il ərzində o və əri Süleyman Cavadov Britaniya Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) milyonlarla funt sterlinq vəsaitin mənşəyinə dair apardığı təhqiqatın subyektləri olublar.

Agentlik bu vəsaitin korrupsiya və mənimsəmə yolu ilə əldə olunmasından şübhələnir.

Hesabat yayılandan bir neçə gün sonra Azərbaycandan olan milyonçu DJ və əri milyonlarla funt sterlinq pulu Britaniyaya qanunsuz olaraq Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirdiklərini etiraf etdikdən sonra onların hesablarında qalan 4 milyon funt sterlinq Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən müsadirə olunub.

OCCRP-nin hesabatının üzərində işləyən redaktorlarından biri olan İlya Lozovski Amerikanın Səsinə müsahibədə hesabatla bağlı qısa məlumat paylaşıb, milyoner DJ və ərindən müsadirə olunan pullarının aqibətindən və Azərbaycan hökumətinin bu məsələyə reaksiyasından danışıb.

Amerikanın Səsi: Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı ilə bağlı yeni hesabat dərc edib. Bu hesabatla bağlı qısa məlumat verə bilərsinizmi? OCCRP-nin tapıntıları nələrdir?

İlya Lozovski: Bu hesabatdakı tapıntı odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmisi qazı və onun ərinin Birləşmiş Krallıqdakı bank hesablarına şübhəli ofşor şirkətlər vasitəsilə milyonlarla dollar pul köçürdükləri aşkar olunub. Bu pulun bir hissəsi Birləşmiş Krallıq rəsmiləri tərəfindən ilk öncə dondurulub, daha sonra isə müsadirə olunub. Qısası, hesabatda göstərilir ki, İzzətxanım Cavadova adlı bir qadın və onun həyat yoldaşı bizim “Azərbaycanın pulyuyan maşını” adlandırdığımız sistem vasitəsilə pul alıblar. Bu, bizim bir neçə il öncə üstünü açdığınmız transfer sistemi ilə köçürülən böyük məbləğdə puldur. Bu sistem vasitəsilə milyardlarla dollar pul Azərbaycandan çox sayda müxtəlif ofşor şirkətlər vasitəsilə ölkədən çıxarılıb. Burada pul bir neçə hissəyə bölünür və fərqli şirkətlər vasitəsilə göndərilir və sonunda bir yerə çatdırılır. Bu pul müxtəlif insanlar tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub. Amma qısacası bu pulu gizli şəkildə köçürməkdir və bəzi hallarda bu sistemdən ötürülən pullar yuyulan pullardır. Və bəzi hallarda onlar bizim bir neçə il öncə xəbər verdiyimiz kimi mənfur məqsədlərlə istifadə olunur.

Burada isə bu, ilk dəfədir ki, Əliyev ailəsinin üzvünün bu sistemdən faydalandığını görürük. Onlar Birləşmiş Krallıqdakı bank hesablarına pul köçürülən dövrdə London və İspaniyanın İbiza adasında bir neçə son dərəcə lüks əmlaklar alblar. Biz əmlakların alışı üçün istifadə olunan pulun həmin pulun olub-olmadığını bilmirik, bunu sübut edə bilmərik, ona görə biz bunu iddia etmirik. Amma əmlaklar həmin zaman alınıb ki, bu da suallar doğurur. Birləşmiş Krallığın Milli Cinayət Agentliyi (NCA) də bu tranzaksiyalarla bağlı hərtərəfli təhqiqat apardı və onların şübəhli olduğunu aşkar etdi. Xanım Cavadova və onun ərinin izahatları isə o oldu ki, bu pullar onların Azərbaycanda sahib olduqları əmlaklardan kirayə gəliridir. Amma belə görünür bu, müxtəlif səbəblərdən Milli Cinayət Agentliyi üçün inandırıcı bir izahat deyildi. Buna onların bunun həqiqətən də kirayə gəliri olduğunu sübut edən sənədlərin olmaması və təqdim etdikləri bəzi sənədlərdə də, məsələn, tarixlərin bir-birilə uyğun gəlməməsidir.

Və ən əsası əgər Azərbaycandan legitim kirayə gəliri əldə edirsəndə, nə üçün bu pullar sənin Birləşmiş Krallıqdakı bank hesabına çox sayda ofşor şirkətlər vastəsilə köçürülür? Bir sözlə hesabatdakı tapıntılar bunlardır və bu da “Azərbaycanın puyulyan maşını” heyakəsi ilə əlaqəlidir.​

Amerikanın Səsi: Bildirilir ki, milyoner DJ və onun həyat yoldaşı milyonlarla pulu Britaniyaya qanunsuz olaraq Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirdiklərini etiraf etdikdən sonra onların hesablarından 4 milyon funt sterlinq Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən müsadirə olunub. Amma bu pul onların hesablarında dondurulan 6.4 milyon funt sterlinqdən azdır. Bəs nə üçün dondurulan bütün pullar müsadirə olunmayıb? Britaniya Milli Cinayət Agentliyi məsələni nə üçün sonuna qədər təqib etməyib? Tərəflər arasında məhkəmə sövdələşməsimi olub?

İlya Lozovski: Bəli, məhkəmə sövdələşməsi olub. Mən bu konkret sövdələşmənin detallarını bilmirəm, amma məhkəmə olacaqdı və həmin məhkəmədə Milli Cinayət Agentliyi hakimə bu pulların mənşəyinin qanunsuz olduğunu, Cavadovlar isə pulun legitim olduğunu sübut etməli idilər. Daha sonra isə hakimin qərarından asılı olaraq hər şey baş verə bilərdi, ya pullara qoyulan qadağa aradan qaldırılardı, ya da ki, onların hamısı müsadirə oluna bilərdi. Mən düşünürəm ki, onların vəkilləri danışıblar və razılıq əldə ediblər ki, pulların hamısı müsadirə olunmasa da, böyük bir hissəsi müsadirə olunacaq. Mən daxili müzakirələrdən xəbərdar deyiləm, amma bu sövdələşmə hər iki tərəfdə güclü sübutların olduğunu əks etdirir.

Və əlbəttə ki, NCA bunu Britaniyanın hüququ-mühafizə orqanlarının qələbəsi kimi qələmə verir. Bir başqa məsələ də odur ki, Cavadovlar bütün proses boyu adlarının gizli saxlanmasını istəyirdirlər. Və hətta məhkəməyə müraciət etmişdilər ki, adları açıqlanmasın. Amma məsələ ilə bağlı məqalə dərc edən Evening Standard qəzeti də məhkəməyə müraciət edərək anonimliyin aradan qaldırılmasını tələb etdi. Və onların adlarının açıqlanmasına qoyulan qadağa aradan qldırıdlığı zaman biz artıq hekayəni dərc edə bildik.

Onların pullarının hamısı müsadirə olunmasa da və alqıdları əmlaklar özlərində qalsa da, adları ictimaiyyətə açıqlandı. Bu isə Əliyevin qohumlarının istəmədiyi bir şeydir.

Amerikanın Səsi: Müsadirə olunan 4 milyon funt sterlinqin aqibəti nə olacaq?

İlya Lozovski: Pul Birləşmiş Krallığın xəzinəsinə gedəcək. Mən bu qədərini bilirəm. Bu pul müsadirə olunub. Mən Birləşmiş Krallıqda pulun hansı hesaba yatırıldığı ilə bağlı detalları bilmirəm, amma bu müsadirə olunan yanlış yolla əldə olunan gəlirdir və indi artıq Birləşmiş Krallıq hökumətinə məxsusdur.

Amerikanın Səsi: Siz məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqə saxlamısınızmı? Onların buna reaksiyası nədir?

İlya Lozovski: Əlbəttə ki, biz hər hesabatla bağlı onlardan şərh istəyirik, amma onlar tərəfindən hələ ki, hər hansı xüsusi cavab almamışıq. Biz onların, Cavadovların təhqiqat zamanı verdikləri müdafiə iddialarına istinad etmişik ki, onlar bunun legitim kirayə gəliri olduğunu deyirlər. Amma bundan başqa bir hənsı real cavab almamışıq.

Əlbəttə ki, Azərbaycanda hər hansı rəsmi qurumdan cavab almaq çətindir. Ölkə uzun zamandır korrupsiyaya qərq olub və eyni ailə tərəfindən idarə olunur və xanım Cavadova da bu ailənin bir hissəsidir. Yəni onların xaricdəki əmlaklarının üstü açılanda və ya hər hansı qanunsuz tranzaksiyalarının üstü açılanda bu, onların xoşuna gəlmir və onlar bununla bağlı bizə birbaşa cavab vermirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG