Accessibility links

İran Azərbaycanında Ana Dili Günü kampaniyaları davam edir


İran Azərbaycanının müxtəlif bölgələri və Tehranda 21 fevral Dünya Ana Dili Günü ilə əlaqədar türk fəalların təşkil etdiyi kitab paylama kampaniyaları, həmçinin 5 siyasi məhbusun aclıq aksiyası davam edir.

Təbriz, Ərdəbil, Kərəc və Tehran şəhərlərində həbsdə saxlanılan bir neçə türk fəal aclıq aksiyası ilə İranda türk dilində təhsil qadağasına etiraz bildirirlər.

Lətif Həsəni Kərəc (Rəcai-şəhr) həbsxanasında, Siyamək Mirzayi və İbrahim Nuri Tehranın Evin həbsxanasında, Əmir Səttari Təbriz həbsxanası və Abbas Lisani Ərdəbildə fevralın 21-dən 5 günlük aclıq aksiyasına başladıqlarını elan ediblər.

Türk fəallar məktəbli uşaqlara türkcə kitablar hədiyə edirlər - Fevral 2019, İran Azərbaycanı
Türk fəallar məktəbli uşaqlara türkcə kitablar hədiyə edirlər - Fevral 2019, İran Azərbaycanı

Həmçinin bir neçə gündür mədəni fəallar müxtəlif məkanlar, xüsusilə məktəblərin önündə uşaqlara türkcə kitablar hədiyyə edirlər.

Bundan öncə də məktəblərin açılışı, Dünya Ana Dili Günü və Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində oxşar kampaniyalar təşkil olunub.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG