Accessibility links

İranda federalizmdən bəhs edən sabiq prezidentə sərt reaksiyalar var


İranın sabiq prezidenti Məhəmməd Xatəmi federal idarəetmə sistemi haqqında qeyd etdiyi sözləri səbəbilə, xüsusilə millətçi qruplar tərəfindən sərt reaksiyalar ilə qarşılaşıb.

İran qəzetlərinə istinadən, “islahat prezidenti” ünvanı ilə tanınan Xatəmi Tehran şəhərinin İslami Şura üzvləri ilə görüşündə “federal idarəetmə modelinin ən əlverişli hökümət sistemi” olduğunu deyib.

İran rəsmiləri bundan əvvəl də federal hökümət modeli haqqında təkliflər irəli sürüblər. Amma, qeyri-fars fəalların əksinə, onların söz etdiyi federativ modeldə dil, etnik kimlik və digər demoqrafik xüsusiyyətlər yerinə, daha çox iqtisadiyyat və iqlim şəraiti əsas tutulur.

“Hazırkı durumda uyğun olmaya bilər, amma demokratik hökümətin ən əlverişli modeli federal idarəetmə sistemidir. Biz o dönəm bununla bağlı Daxili İşlər Nazirliyimizdə 10 bölgə müəyyənləşdirmişdik. Amma konstitusiyaya görə federativ ola bilmərik,” deyə sabiq prezidentin sözləri mətbuatda dərc edilib.

Siyasətçilər və tanınmış siyasi fəallar da daxil olmaqla, müxtəlif siyasi cərəyanlara mənsub çox sayda sosial media istifadəçisi sabiq prezidentə sərt sözlərlə təpki göstəriblər.

Avropada yaşayan tanınmış iranlı siyasi fəal Səid Bəşirtaş Twitter hesabında yazıb, “Məhəmməd Xatəminin ağzından vurmaq bir milli vəzifədir.”

Təpki göstərənlər deyir ki, “Xatəmi bütün iransevərləri narahat edib.”

İslahatçıların ən önəmli fiqurunun ifadələri onun tərəfdarı kimi tanınan qrupları da qəzəbləndirib.

“Heç düşünmürdüm ki, özlərini Xatəminin pərəstişkarı olaraq tanıyan insanlar onu federalizm təklifi üzündən lənətləyib, ona zidd olan siyasətçilər ilə birləşsinlər,” Urmiyədə fəaliyyət göstərən “Yol Press” saytının məsul redaktoru Bəhram Cavadi yazıb.

Xatəminin sözlərindən qəzəblənənlər sadəcə millətçi təmayülləri ilə tanınan siyasətçilər və fəallar deyil.

Son vaxtlar bəzi dini azlıq icmalarına göstərdiyi dəstəklə gündəmə gələn Şiraz Şəhər Şurasının üzvü Mehdi Hacəti Xatəminin sözlərinin iransevərliyə zidd olduğunu ifadə edib.

Mehdi Hacəti “Cənab Xatəmi! Heç bir iransevər belə rahat federalizmdən danışmaz!” deyə tvit atıb.

İran rəsmiləri bundan əvvəl də federal hökümət modeli haqqında təkliflər irəli sürüblər. Amma qeyri-fars fəalların əksinə, onların söz etdiyi federativ modeldə dil, etnik kimlik və digər demoqrafik xüsusiyyətlər yerinə, daha çox iqtisadiyyat və iqlim şəraiti əsas tutulur.

Türk fəallar və digər qeyri-fars icmalara mənsub qruplar İranın “çoxmillətli bir ölkə” olduğunu önə çəkərək, federativ idarəetmə sisteminin İran üçün ən uyğun hökümət modeli olduğunu təklif edirlər.

XS
SM
MD
LG