Accessibility links

MAQATE rəhbəri nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynada səfərdədir


BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rusiyanın ölkəyə hərbi müdaxiləsinin davam etdiyi vaxt nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün “təcili texniki yardımın” çatdırılması ilə bağlı yüksək səviyyəli hökumət rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Ukraynaya səfər edib.

"Hərbi münaqişə Ukraynanın atom elektrik stansiyalarını və radioaktiv materiala malik digər obyektlərini görünməmiş təhlükə qarşısında qoyur", MAQATE rəhbəri Rafael Qrossi martın 29-da açıqladığı bəyanatda bildirib.

“Biz obyektlərin fəaliyyətlərini təhlükəsiz davam etdirmələrinə, həm Ukrayna, həm də onun hüdudlarından kənarda sağlamlığa və ətraf mühitə ciddi təsir göstərə biləcək nüvə qəzası riskini azaltmaq üçün təcili tədbirlər görməliyik” - deyə, Qrossi bildirib.

Ukraynanın dörd atom elektrik stansiyasından bir neçəsi və bəzi digər nüvə obyektləri hərbi müdaxilənin təsirlərinə məruz qalıb. Bəzi obyektlər hazırda Rusiyanın nəzarəti altındadır və bu, qəza qorxusunu artırır.

Ukraynada eləcə də 1986-cı ildə dünyanın ən ağır nüvə qəzalarından birinin baş verdiyi və istismardan çıxarılan Çernobıl Atom Elektrik Stansiyası yerləşir ki, orada radioaktiv tullantıların saxlandığı obyektlər var.

Fevralın 24-ü Moskvanın Ukraynaya qarşı təcavüzünə başladığı gün Rusiya Çernobıl Atom Elektrik Stansiyasının nəzarətini ələ keçirdikdən sonra belə ukraynalı stansiya işçiləri işlərini davam etdirib.

"Biz daha çox vaxt itirə bilmərik. Bu münaqişə artıq insanların ağlasığmaz iztirablarına və dağıntılara səbəb olub. Onun nüvə qəzasına gətirib çıxarmasının qarşısını almaq üçün MAQATE-nin təcrübəsi və imkanları lazımdır" - deyə, Qrossi əlavə edib.

Açıqlamada Qrossinin Ukraynada nə qədər qalacağı barədə məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG