“İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisindəki bir sıra ictimai iaşə obyektlərində (“Karvansara”, “Köhnə şəhər”, ”Le Cafe”, “Şur”, “Manqal”, “Buta”, “Sultan İnn”, “Garage İskender”) siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlumatında deyilir.
Məlumata görə. yuxarıda adları sadalanan obyektlərin daxili məkanı siqaret çəkənlər və çəkməyənlər üzrə bölünüb.
Siqaret çəkənlər üçün nəzərdə tutulmuş zalda hava təmizləyici qurğulardan istifadə olunur. Bir zaldan ibarət, kiçik məkanlı və bölünməsi mümkün olmayan obyektlərdə isə siqaret çəkilməsi tamamilə qadağan olunub.
Siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlərin gələcəkdə ərazidəki bütün obyektlərdə tətbiq olunacağı nəzərdə tutulur.