Accessibility links

Təbriz, Zəncan, Qəzvin və Ağqalada edam hökmləri icra edilib


Qumda 3 məhkumun əli kəsilib

Keçən bir həftə ərzində İranın müxtəlif bölgələrində qətl və narkotik qaçalmalçılığı ittihamları ilə həbs edilən bir sıra məhbusun edam hökmü icra edilib.

Qum vilayətinin prokuror müavininin mətbuata verdiyi məlumata görə, Qumun mərkəzi zindanında oğurluq ittihamı ilə əlaqədar üç məhbusun əli kəsilib.

İranda edamlara dair hesabatlar yayan İran HR qrupu və HRA agentliyinə istinadən, məhkumların bir neçəsi şəhərlərin küçələrində dar ağacından asılıb.

Edam hökmlərinin bir çoxu İran Azərbaycanı, həmçinin türk və türkmən əhalinin sıx yaşadığı digər bölgələrdə həyata keçirilib.

İran HR qrupu keçən bir həftə ərzində Təbrizdə 3, Qəzvində 2, Qumda 4, Kərəcdə 5, Ərdəbil və Zəncan şəhərlərində isə 1 məhkum dar ağacından asılıb.

Həmçinin bir edam hökmü Muğan bölgəsində, biri də Türkmənsəhranın Ağqala şəhərində açıq məkanda və əhalinin gözü önündə həyata keçirilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG