Accessibility links

İctimai problemlərdən bəhs edən video oyunlar [Video]


İctimai problemlərdən bəhs edən video oyunlar
please wait

No media source currently available

0:00 0:01:50 0:00

İctimai problemlərdən bəhs edən video oyunlar

Siz video oyunlar oynayarkən bütün diqqətinizi həmin oyuna fokusladığınız üçün bu oyunlar ictimai məlumatlılıq üçün əhəmiyyətlidir. Misirin startap şirkəti olan Castling Studios da məhz bunu etməyə çalışır.

Məsələn "Bara" və ya "Günahsızlıq" adlanan oyun insanları qadınlardakı cinsi dəyişikliklərə dair məlumatlandırmaq üçün yaradılıb. Oyunun əsas hədəf kütləsi kənd yerlərindəki qızlardır. İstifadəçi oyun zamanı qızın xəstəxanadan qaçaraq cəmiyyətdəki yanlış fikirlərini təmsil edən divarları qırmasına kömək etməlidir.

Şirkətin yaradıcılarından olan və Qahirə İnformasiya Texnologiyaları İnstitutunda oyun proqramçısı təhsili alan bu şəkkiz nəfər düşünür ki, onlar lokal məsuliyyətlərini öz işlərinə tətbiq edirlər.

"Biz yeni bir şey yaratmağa çalışırıq. Çünki, Qərb hətta Orta Şərq oyun proqramçıları işlərini öz prespektivlərindən yaradırlar. Ancaq biz oyun yaradanda çalışırıq ki, özümüzün yaşadıqlarını, yerli insanların problemlərini bu oyunlarda əks etdirək." - deyə, şirkətin yaradıcılarından olan Ahmed Hesham bildirib.

Şirkət tərəfindən yaradılan "Hire Me, Thank You" adlı digər bir oyun iş axtaran insanlara müsahibələrində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir. Oyunun hekayəsi bir insanın işə getməzdən əvvəl nələr etməli olduğu ilə bağlıdır. İstifadəçilər bu oyuna müsbət reaksiya veriblər.

"İnsanlar onların problemlərini, çətinliklərini əks etdirən oyunlarla qarşılaşanda onlar həmin oyunlardan böyük zövq alırlar. Onlar həmin oyunun necə sonlanacağını və problemin necə həll olunacağını səbrsizliklə gözlədiklərini deyirlər." - deyə, oyun proqramçısı Noha Elmesiri bildirib.

Oyun yaradıcıları indiyə qədər daha çox prototip mərhələsində olan 7 oyun yaradıblar. Yaradılan bütün oyunları istifadəçilər pulsuz əldə edə biləcəklər.

XS
SM
MD
LG