Accessibility links

İctimai fəal həbs edilib


Göygöl rayonunda (Bakıdan 360 kilometr qərb) ictimai fəal Tacəddin Qaydalıyev 30 sutkalıq həbs olunub.

Azərbaycan xalq Cəbhəsi Partiasının (AXCP) sədr müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, Qaydalıyev noyabrın 28-də həbs edilib.

“Qaydalıyevin "təqsiri" "Nardaran işi" üzrə məhkəmədə iştirak etməsidir. O mənə deyib ki, məhkəmədən çıxdıqdan sonra bir neçə nəfər onu dayandırıb və uzun müddət buraya niyə gəldiyini soruşub", Bayramlı bildirib.

Noyabrın 28-də Qaydalıyev Göygöl rayon Polis Şöbəsinə çağırılıb və oradaca polisə tabe olmamaqda ittiham olunub və inzibati qaydada həbs olunub.

XS
SM
MD
LG