Accessibility links

Müxalifət “Yeni parlament seçkiləri!” şüarı ilə yürüş keçirəcək


 Müxalifətin toplantısı
Müxalifətin toplantısı

Aksiya oktyabrın 13-də parlament binasının qarşısında başa çatacaq. Müxalifət parlamentin buraxılmasını tələb edir

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palatanın (İP) Koordinasiya Şurası (KŞ) oktyabrın 13-də yürüş keçirilməsi barədə qərar qəbul edib.

KŞ-nın toplantısına sədrlik edən Ədalət Yusibov bildirib ki, aksiya “Yeni parlament seçkiləri!” şüarı altında keçiriləcək.

Aksiyanın saat 16-dan 18-ə kimi keçirilməsi nəzərdə tutulur. Yürüş Parlament prospektində, Əzizbəyovun keçmiş heykəli olan bağdan başlayaraq parlamentin binasının önünədək davam edəcək.

Aksiyanın keçirilməsi ilə bağlı oktyabrın 5-də KŞ-nın Bakı şəhər icra hakimiyyətinə müraciət göndərəcək.

Ə.Yusibov Bakı meriyasının hansı cavab verib-verməməsindən asılı olmayaraq yürüşün keçiriləcəyini söyləyib.

Ə.Yusibov qeyd edib ki, fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin keçmiş deputat Gülər Əhmədovaya deputat olması üçün yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırması ilə bağlı söhbəti əks olunmuş video deputatların rüşvət müqabilində seçilməsinin bir göstəricisidir.

“Rüşvətlə seçilən deputatlar xalqı təmsil edə bilməz. Bu səbəbdən də parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG