Bakı meriyası noyabrın 2-də İctimai Palatanın parlamentin binası qarşısında piket keçirməsinə icazə verməsə də, müxalifət etiraz aksiyasını keçirmək niyyətindədir. Bu barədə Amerikanın Səsi radiosuna İctimai Palatanın Koordinasiya Şurasının nümayəndəsi Ədalət Yusibov məlumat verib.
Aksiya icazəsiz etiraz aksiyalarının təşkilinə və keçirilməsinə görə cərimələrin həcminin dəfələrlə artırılmasını nəzərdə tutan düzəlişlərə etiraz olaraq keçiriləcək.
Piket cümə günü saat 12:00-a təyin edilib.
Sabah Milli Məclisin iclasında düzəlişlərə baxılacaq.