Accessibility links

“Amnesty International” hüquq-müdafiə təşkilatının Türkiyə direktoru İdil Eser həbsdə saxlandı


Türkiyədə məhkəmə “Amnesty International” hüquq-müdafiə təşkilatının Türkiyə direktoru İdil Eser və daha beş insan haqları fəalını həbsdə saxladı. Bu barədə Huriyyet qəzeti məlumat yayıb.

“Amnesty International”ın iyulun 5-də saxlanan 10 əməkdaşının həbs olunması barədə qərar çıxarılması tələbi ilə Baş Prokurorluq iyulun 17-də məhkəməyə müraciət edib.

Təşkilat rəhbəri və təşkilatın İsveç və Almaniya vətəndaşları da daxil olmaqla, doqquz nəfər əməkdaşı iyulun 5-də saxlanan zaman İstanbul yaxınlığındakı otellərdən birində informasiya menecmenti və rəqəmsal təhlükəsizliklə bağlı təlim keçirirmişlər.

Prezident Tayyip Ərdoğan “Amnesty International”ı ölkədə növbəti çevrilişə hazırlıqda ittiham edir.

«Sözügedən adamlar sizcə otelə niyə toplaşıblar? Təəssüf ki, onların görüşü əslində keçən ilki zərbənin davamı idi» - deyə Ərdoğan bildirib.

“Amnesty International” prezidentin dedikləri ilə razılaşmır. Qurum əməkdaşlarına qarşı ittihamları absurt sayır və ölkədə insan haqlarının pozulmasının davam etdiyini bəyan edir.

Türkiyə Baş Prokurorluğu məhkəməyə müraciətində sözügedən hüquq müdafiəçilərini «terror təşkilatları» ilə əməkdaşlıqda ittiham edib, söhbətin hansı təşkilatlardan getdiyi açıqlanmır. Amma məhkəmə onlardan dördünün ölkəni tərk etməsinə qadağa qoyulmaq şərtilə həbsdən azad olunması barədə qərar çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG