Accessibility links

ABŞ Suriyanın İdlib regionunda əldə edilən atəşkəsi alqışlayıb


ABŞ Suriyanın İdlib regionunda əldə edilən atəşkəsi alqışlayıb. Bu bölgədə hökumət qüvvələri aylardır ağır hücumlar həyata keçirirdi.

Suriya rejiminin Türkiyənin dəstəklədiyi rəqib qüvvələrlə atəşkəs razılığı cümə günü əldə edildikdən sonra hava zərbələri dayandırılıb.

3 milyon əhalisi olan bu regionun əksər hissəsi, Hama, Hələb və Lakatiya Həyat Təhqiq-Əl-Şam cihadçı qrupunun nəzarəti altındadır.

Bölgə Türkiyə və Rusiyanın sentyabr razılığına əsasən hökumətin hücumlarından qorunmalı idi. Lakin buna baxmayaraq, Dəməşq hücumlara ara vermirdi.

Suriya hökuməti Türkiyəni razılığın həyata tətbiqinə mane olmaqda günahlandırır. Razılığa əsasən tərəflər arasındakı 20 kilometrlik bufer zona ağır və orta silahlardan azad olmalıdır.

Rəsmi Vaşinqton atəşkəsi alqışlasa da, dinc əhaliyə qarşı hücumlara yol verilməməsinə çağırıb.

ABŞ həm də BMT-nin başçılıq etdiyi sülh səylərinə dəstəyini ifadə edib.

Aprel ayından bəri rejim və Rusiyanın hücumları nəticəsində 790 dinc vətəndaş öldürülüb.

Britaniyada yerləşən Suriyada İnsan haqlarının monitorinqi qrupunun bildirdiyinə görə, bu müddət ərzində rejimin 900 döyüşçüsü də daxil edilməklə, 2 mindən artıq döyüşçü həlak olib.

BMT 400 mindən artıq insan didərgin düşdüyünü, onlarla məktəb və xəstəxananın viran qoyulduğunu bildirib.

2011-ci ildən Suriya münaqişəsi 370 min nəfərin həyatına son qoymaqla yanaşı, milyonlarla insanı evlərini tərk etməyə vadar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG