Accessibility links

Peruda 7.1 bal gücündə zəlzələ baş verib


Bazar günü Perunun sahilində 7.1 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər ölüb, azı 60 nəfər xəsarət alıb.

ABŞ-ın Qeoloji Araşdırmalar idarəsi bildirir ki, zəlzələnin mərkəzi Perunun cənub-qərbində Arequipa ərazisində yerləşən Akaridən 40 kilometrdən uzaqlıqda olub.

Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin rəsmilərinin dediyinə görə, 171 ev dağılıb və azı 73 ailə zəlzələnin təsirinə məruz qalıb. Təcili yardım işçiləri evlərindən didərgin düşən ailələrə çadır və döşəklər verib.

Arequipanın qubernatoru Twitter hesabında 55 yaşlı bir kişinin Yauka şəhərində başına daşın düşməsi nəticəsində dünyasını dəyişib.

Zəlzələ Papa Fransisin bu həftə ziyartə edəcəyi icmalara böyük zərər verib, lakin rəsmilər bunun papanın səfərini təxirə salmayacağını deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG