Accessibility links

İdlib əhalisi humanitar böhranla üzləşib


BMT agentliklərinin bildirdiyinə görə, Suriya qüvvələrinin Rusiya müttəfiqləri ilə bərabər irəliləməsi və rəqib döyüşçülərlə qarşıdurmalar İdlibdə çoxsaylı insanı evindən didərgin salıb.

Müdafiə, çadır, su, ərzaq və fövqəladə maarifləndirmə əsas prioritetlərdəndir

BMT son 10 həftə ərzində 700 mindən çox insanın bölgədəki ərazilərə qaçdığını bildirir. Onların əksəriyyəti qadın və uşaqlardır. Bəziləri dəfələrlə qaçmış, daha sonra evlərinə geri qayıtmışdı. İdlib uğrunda dğyüüşlər 9 aydır davam edir.

BMT-nin Humanitar Yardımların Koordinasiyası ofisinin sözçüsü Cens Laerke bildirib ki, son qaçqın axını Suriyada 9 ildir davam edən müharibə ərzində ən böyük axındır.

“Müdafiə, çadır, su, ərzaq və fövqəladə maarifləndirmə əsas prioritetlərdəndir” - deyə, Laerke bildirib.

Yardım agentlikləri ağırlaşmaqda olan faciəvi vəziyyətdə yardım əməliyyatlarını artırıb. Türkiyədən münaqişə zonasına 230 yük maşını ilə yardımlar daşınıb.

Mülki əhalinin sığınması üçün təhlükəssiz yerlər çox azdır.

BMT-nin Qaçqınlar Agentliyi qaçqın düşərgələrində hədsiz sıxlıq yarandığını deyir.

Agentlik sığınacaqlara böyük ehtiyac duyulduğunu bildirib.

Suriya müanqişəsi dünyada ən böyük qaçqın problemi yaradıb. 5.5 milyon insan düşərgələrdə yaşayır. 6 milyon suiryalı ölkə daxilində digərgindir.

2.8 milyon adamın təcili yardımalara ehtiyacı var.

3.6 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə əlavə qaçqın qəbul edə bilməyəcəyini bildirib və Suriya qüvvələrinin geri çəkilməsini tələb edib.

Xəbərdarlıq edilib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsə, Türkiyənin hücumları ilə üzləşəcək.

BMT gələn 6 ay ərzində 800 min insana yardımlar üçün 336 milyon dollarlıq ianə tələbi ilə dünya ictimaiyyətinə müraciət edib.

XS
SM
MD
LG