Accessibility links

BMT: İdlibdə humanitar yardım üçün 500 milyon dollara ehtiyac var


BMT Suriyanın şimal-qərb İdlib vilayətində 1.1 milyon insana humanitar yardım üçün 500 milyon dollarlıq vəsaitə ehtiyac olduğunu bildirib.

1 mioyondan artıq insan İdlibdən çıxa bilmir. 900 min nəfərin evlərini tərk etdiyi bildirilir. BMT son 2 ay ərzində İdlibdə vəziyyətin ciddi xarakter aldığını bildirir.

Bizim mülki əhalinin kütləvi qırğınlara məruz qalacağına, qan gölü yaranacağına şübhəmiz yoxdur.

Mark Katts

Rusiyanın dəstəklədiyi Əsəd qüvvələrinin rəqib döyüşçülərin son istehkamı olan İdlibi ələ keçirməsi cəhdləri insanların Türkiyə sərhədlərinə sığınması ilə nəticələnib.

Suriya böhranının humanitar koordinatorunun müavini Mark Kattsın bildirdiyinə görə, döyüşlər insnların sıxlaşdığı bölgələrə doğru irəlilləyir.

"Həmin bölgələrin atəşə tutulması və hava zərbələri vəziyyətin ciddiliyini göstərir. Bizim mülki əhalinin kütləvi qırğınlara məruz qalacağına, qan gölü yaranacağına şübhəmiz yoxdur” - deyə, Katts bildirib.

BMT-nin Humanitar Yardımların Koordinasiyası ofisinin sözçüsü Cens Laerke bildirib ki, son qaçqın axını Suriyada 9 ildir davam edən müharibə ərzində ən böyük axındır.

“Müdafiə, çadır, su, ərzaq və fövqəladə maarifləndirmə əsas prioritetlərdəndir” - deyə, Laerke bildirib.

Kattsın dediyinə görə, ən böyük narahatlıq əhalinin sız yaşadığı bölgələrin sistematik hədəfə çevrilməsidir. O, məktəblər, xəstəxanalar, bazarlar, hətta çörək zavodlarının dağıdıldığını bildirib.

Suriya böhranının humanitar koordinatorunun müavini BMT-nin nəhəng humanitar əməliyyatlar həyata keçirdiyini, lakin hazırkı durum üçün kifayət qədər fonda malik olmadığını bildirib.

Suriya münaqişəsi dünyada ən böyük qaçqın problemi yaradıb. 5.5 milyon insan düşərgələrdə yaşayır. 6 milyonda çox suriyalı ölkə daxilində didərgindir.

2.8 milyon adamın təcili yardımlara ehtiyacı var.

3.6 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə əlavə qaçqın qəbul edə bilməyəcəyini bildirib və Suriya qüvvələrinin geri çəkilməsini tələb edib.

XS
SM
MD
LG