Suriya ordusu və əfqan döyüşçüləri də daxil olmaqla, İranın dəstəklədiyi qüvvələr Rusiya hava qüvvələrinin köməyi ilə İdlib vilayətində müxalifət döyüşçülərinin istinadgahına yeni hücumlar həyata keçirib.
Ötən ilin dekabr ayında Hələb şəhərinin nəzarətini itirdikdən sonra Suriyanın şimal-qərb İdlib vilayəti müxalifət qüvvələrinin nəzarətində olan son mühüm istinadgahdır.
Müxalifət qrupları geri çəkilmələrinə əsas səbəbin güclü hava hücumları olduğunu bildirib.