Accessibility links

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimov vəfat edib


Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov
Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov

Müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov vəfat edib.

Apasport.az saytının məlumatına görə, uzun müddətdir müalicə alan qrossmeyster bu gecə dünyasını dəyişib. O, Almaniyanın Heydelberq klinikasında keçinib.

Müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçı gözlənilmədən vəfat edib.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi.

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG