Accessibility links

“Qarabağ"ın qapıçısı saxlanıb


O, avtomobil qəzasından sonra polisə aparılıb

“Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin dekabrın 7-si qəzaya düşdüyü bildirilir. Hadisə Bakının Suraxanı rayonunda, Ağdam klubunun bazasının yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 7-də Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Balayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Bağırovun avtomobilində olan bir uşaq ölüb.

Yol-nəqliyyat hadisəsini "Qarabağ" futbol klubunun icraçı direktoru Emrah Çerikel də təsdiq edib. Onun dediyinə görə, hazırda futbolçu Suraxanı rayon Polis İdarəsindədir.

Emil Balayev peşəkar karyerasına "Neftçi"də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt" və "Mil Muğan"da çıxış edib. E.Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Eintracht"a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

"Qarabağ" bu gün, dekabrın 8-i Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaqdan ötrü İtaliyanın "Fiorentina" klubu ilə qarşılaşacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG