Accessibility links

Azərbaycanlı idmançı Ramil Quliyev Türkiyəyə qızıl medal gətirib


Ramil Quliyev
Ramil Quliyev

Quliyev qələbədən sonra həm Azərbaycan, həm də Türkiyə bayrağını qaldırıb

Londonda keçirilən dünya çempionatında Türkiyəni təmsil edən Azərbaycanlı yüngül atlet Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.

O, 20,09 saniyəlik nəticə göstərib.

Quliyevin uğuru gözlənilməz olub, belə ki, finalın favoritləri CAR-dan Vayde van Nikerka və Botsvanadan Afrika rekordçusu İsaak Makvala idi.

Quliyev finişə van Nikerkadan 0,02 saniyə tez gəlib.

Quliyev qələbədən sonra həm Azərbaycan, həm də Türkiyə bayrağını qaldırıb.

Qaçışı şərh edən Britaniya telekanalları Ramil Quliyevin Azərbaycandan olduğunu təkrar-təkrar vurğulayıb.

BBC Sport proqramının müxbiri isə qaçışdan sonra çoxlarını maraqlandıran sualı ona verib.

Müxbir ondan nə üçün Azərbaycanın adından çıxış etmədiyini soruşub.

Ramil Quliyev bu suala neytral cavab verib və deyib ki, onun üçün qızıl medalı qazanmaq ən böyük arzu idi.

O, Türkiyə vətəndaşlığını 2011-ci ildə qəbul edib. Ramil Quliyev 200 metrlik məsafəyə qaçışın ikinci avropalı çempionudur.

XS
SM
MD
LG