Accessibility links

Amerikalı Andi Çapmanın Dünya Skautlar Komitəsinə namizədliyi müzakirə edilib


ABŞ Skaut Nümayəndə heyəti
ABŞ Skaut Nümayəndə heyəti

Dünya Skaut Komitəsinin 41-ci konfransı və Dünya Skaut Gənclər Forumundakı ABŞ Skaut Nümayəndə heyəti ABŞ-ın Azərbaycandakı Səfirliyin müxtəlif şöbə müdirləri ilə görüşüb.

ABŞ səfirliyi rəsmi facebook səhifəsində bildirir ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri, səfirlikdə hər bir şöbənin iş öhdəlikləri və amerikalı Andi Çapmanın Dünya Skautlar Komitəsinə namizdliyi müzakirə edilib.

Avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılışı olub.

Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı bildirib ki, Beynəlxalq Skaut Konfransı böyük tədbirdir.

“Skautlar Azərbaycana yüz minlərlə insanın taleyinə təsir edəcək vacib qərarlar qəbul etmək üçün toplaşıb”, o qeyd edib.

Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi bildirib ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar.

“Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Konfrans iştirakçıları Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək”, o qeyd edib.

XS
SM
MD
LG