2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bu barədə sentyabrın 20-də İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Final oyunu 2019-cu il mayın 29-da baş tutacaq.
2018-2019-cu il mövsümündə Çempionlar Liqasının final oyunu iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionda olacaq.
2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-də İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək.