Azərbaycanın və daha 8 ölkənin ağır atletlərinin bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalarına dair qərar oktyabrın 20-dən qüvvəyə minib.
Azadlıq radiosu bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidmətinə istnadən məlumat yayıb.
Qərar IWF-in İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qəbul olunub.
İcraiyyə Komitəsi buna səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 5 atletinin keçdiyi dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsini göstərib.
Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da cəzaya məruz qalıb:
“Adları çəkilən bu ölkələr ABŞ-da keçiriləcək dünya çempionatına buraxılmayacaqlar”, – mətbuat xidmətinin məlumatında bildirilir.
Həmin yarış noyabrın 28-dən dekabrın 5-nə kimi keçiriləcək.