Accessibility links

Azərbaycan şahmatçıları Avropa çempionu olub


Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

Trend agentliyinin məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılar turniri 14 xalla yekunlaşdırıb.

Belə ki, Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.

Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.

Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.

XS
SM
MD
LG