Accessibility links

Qarabağ-Çelsi oyununa 65 min bilet satılıb


Qarabağ komandası
Qarabağ komandası

Noyabrın 22-də Bakıda Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində beşinci turda "Qarabağ" (Azərbaycan) və "Çelsi" (İngiltərə) klubları arasında matç keçiriləcək.

Məlumata görə, oyuna 65 min biletin hamısı satılıb.

İngiltərədən öz komandalarını dəstəkləmək üçün 1000-ə yaxın fanat Bakıya gəlib. Bundan başqa, İraqdan "Çelsi"nin kiçik fanat qrupu gəlib.

İspaniyanın məşhur Maqsa idman nəşrinin təxmininə görə, Qurban Qurbanov 4-5-1 sxemi seçəcək və belə bir tərkib çıxış edəcək: İbrahim Şexiç, Maksim Medvedev, Yakub Jezniçak, Rəşad Sadıqov, Ansi Agoli, Mahir Mədətov, Riçard Almeyda, Miçel, Qara Qarayev, Vild-Donald Gerye, Dino Ndlova.

"Çelsi"nin baş məşqçisi Antonio Konte isə sevimli 3-5-2 sxemini tətbiq edəcək və meydançada aşağıdakı tərkib çıxış edəcək: Tibo Kurtua, Sezar Aspilikuetu, Davida Luisa, Antonio Ryudigera, Davide Dzappokostu, Sesk Fabregasa, Ngolo Kante, Tmue Bakayoko, Markosa Alonso, Edena Azara, Alvaro Moratu.

"Çelsi"dən başqa Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçən "Qarabağ"ın digər rəqibləri Madridin "Atletiko" və Romanın "Roma" klublarıdır.

Dörd mərhələnin sonunda Azərbaycan komandasının 2 balı var. Londonda "Çelsi"yə 0:6 hesabla və Bakıda "Roma"ya 1:2 hesabla məğlub olan "Qarabağ" "Atletiko" ilə Bakıda 0:0, Madriddə isə 1:1 hesabı ilə oyunu heç-heçə tamamlayıb.

Qrupa 8 balla "Roma" liderlik edir, ikinci yerdə 7 balla "Çelsi" gəlir.

"Atletiko" 3 balla üçüncü yerdədir.

Bu qrupda yekun, 6-cı tur dekabrın 5-də keçiriləcək. Həmin gün "Qarabağ" rəqib meydançasında "Roma" ilə oynayacaq.

XS
SM
MD
LG